Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə İqtisadiyyat.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar iyulun 12-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, 1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq qəbul olunub.