Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Ramin Vəlizadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

İqtisadiyyat.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutma keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edilib ki, Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.

Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub. 

***

07.47

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vəlizadə Ramin Ramiz oğlu vəfat edib.

Bu barədə İqtisadiyyat.az xəbər verir.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, R.Vəlizadə 2020-ci ildən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi vəzifəsində işləyirdi. O, daha əvvəllər isə Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində çalışıb.