Xarici işlər nazirləri səviyyəsində "3+3" formatında növbəti görüş 2024-cü ilin birinci yarısına Türkiyədə baş tutacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən "3+3" formatındakı görüşdən sonra mətbuata açıqlamasında deyib.

"Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri qeyd etdiyim sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları türkiyəli həmkarlarımız koordinasiya edəcək və nazirlərin ikinci toplantısına ev sahibliyi edəcəklər", - Lavrov bildirib.