Stokholmda builki Nobel mükafatının təqdimetmə mərasiminə Rusiya, Belarus və İran nümayəndələri dəvət edilməyəcəklər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, daha əvvəl fond dekabrda baş tutacaq Nobel mükafatının təqdimetmə mərasiminə bütün səfirləri dəvət edəcəyini açıqlayıb. Bu isə ölkələr arasında kəskin reaksiyalara səbəb olub. Bundan sonra fond qərarına yenidən baxıb.

Əlavə edək ki, keçən il Rusiya və Belarusun Ukraynadakı müharibə səbəbilə mərasimdə iştirakına qadağa qoyulub. İran isə insan hüquqlarını pozuduğu üçün mərasimə dəvət olunmayıb.

 

Gözəl Həşimova