Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında bir nəfər naməlum şəxs hərəkətdə olan qatarın altına düşüb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib:

Bəxtiyar Məmmədov Modern.az-a deyib ki, qatarın altına düşən şəxs qadındır: 

“O, özünü intihar məqsədilə atıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını onu xəstəxanaya aparıb”.

B.Məmmədov bildirib ki, qatarların hərkətində 10 dəqiqəlik gecikmə yaranıb. Saat 09:45-də hərəkət bərpa olunub.