Bu gün 220 nəfərlik miqrant qrupu Polşa sərhədini pozmağa cəhd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin sərhəd mühafizə xidməti bildirib.

Qanunsuz köçkünlər hadisə yerinə gələn sərhədçilərə daş və dəyənək atıblar.

Polşa sərhədçilərinin bildirdiyinə görə, miqrantlardan bəziləri nərdivanlar daşıb. Hərbi qüvvələr sərhədə çatdıqdan sonra isə miqrantlar Belarus ərazisinə çəkiliblər.

 

Gözəl Həşimova