Deyir ki, məni bu cür təqdim edin. Çünki mərd Azərbaycan qadını olduğu üçün qürur duyur…

Dünya və Avropa çempionu, taekvondo millimizin aparıcı üzvü, Atletlər Komissiyasının sədr müavini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi və ən əsası 21 ilini Azərbaycanın bayrağını başqa ölkələrdə qürurla zirvələrdə dalğalandırmağa həsr edən qadın – Fəridə Əzizova!

 

 

Xanım idmançı mediada adətən fərqli və səmimi açıqlamaları ilə yadda qalıb. Hətta xatırlayıram, yerli saytlardan birinə verdiyi açıqlamada taekvondoya gəlməyinin başlıca səbəbi kimi səhhətində yaranan problemi göstərmişdi:

 “Qan dövranımda problemlər olduğu üçün ayaqlarım yaxşı işləmirdi. Bu üzdən həkim məsləhəti ilə ayaqların aktiv istifadə edildiyi idman növü ilə məşğul olmalıydım. Hər şey bundan sonra başladı. İlk vaxtlarda yaxın qohumlar və qonşular valideyinlərimə qərarımla bağlı irad bildirsələr də amma ailəm məni dəstəklədi. Çünki burada əsas məsələ elə səhhətim idi. Daha sonra isə anladım ki, taekvondodan ayrıla bilmirəm.

 

 

“İşimin, peşəmin qadın kimi bir çətinliyi olmasa da çox ağır məsuliyyətləri var. Ən əsası da səndən uğur gözləyən ölkə başçımız və Azərbaycan xalqı qarşısında məsuliyyətim böyükdür.”

 

Bu gün Beynəlxalq Qadınlar Günüdür. Xanım idmançımız bu gündən nə gözləyir? - sualına isə belə cavab verdi:

“8 Mart” mənim üçün 2 qat bayram sayılır, çünki eyni zamanda anamın doğum günüdür. Xüsusi bir gözləntim yoxdur, amma bütün qadınlar kimi hədiyyə almağı sevirəm. Fürsətdən istifadə edib bütün qadınlarımızı bayram münasibətilə təbrik edirəm”.