"2024-cü ildə Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyəm".

İqtisadiyyat.az xəbər verir ki, bunu Moldova prezidenti Maia Sandu bildirib. 

"Ən vacibi Moldovanın bütün fərdləri üçün sülh və daha yaxşı gələcək təmin etməkdir. Yalnız Aİ-yə üzvlük bizim üçün belə bir gələcəyə təminat verə bilər. Ona görə də hesab edirəm ki, bütün ölkəyə seçdiyimiz yolu aydın şəkildə söyləmək lazımdır. Mən parlamentdən xahiş edirəm gələn payızda vətəndaşların səsinin həlledici olacağı referendumun təşkilinə təşəbbüs göstərsin", - Sandu bildirib.

Dekabrın əvvəlində Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib. Üzvlük danışıqları ölkənin Aİ-yə qəbulu üçün konkret vaxt çərçivəsi təyin etmir, onlar istənilən müddət ərzində davam edə bilər. Sandu bildirib ki, Moldova 2030-cu ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqları başa çatdırmağa hazırlaşacaq.