“Kembric” ingilis dili lüğəti “to hallucinate” (hallüsinasiyaya tutulmaq) felini ilin sözü adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, söhbət süni intellektlə bağlı olan bu sözün mənasından – onun yaratdığı yalan informasiyadan gedir.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın “Collins” ingilis dili lüğəti “süni intellekt”in (insan beyninin funksiyalarının kompüter tərəfindən modelləşdirilməsi) qısaldılmış adı olan Aİ sözünü 2023-cü ilin sözü elan etmişdi.