Ukraynanın 2023-cü ildə hərbi xərcləri 49,14 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, təhlükəsizlik və müdafiə sahəsində dövlət büdcəsi fondunun ümumi məbləğinin 60,8 faizini təşkil edir. Bu vəsait hərbi və xüsusi texnikanın, silah-sursatın, müdafiə ləvazimatlarının, fərdi mühafizə vasitələrinin, yanacaq-sürtkü materiallarının, ərzaq məhsullarının alınmasına, eləcə də hərbi qulluqçuların maddi təminatına və tibbi sığortaya yönəldilib.

Departamentin məlumatına görə, təhlükəsizlik və müdafiə xərcləri yalnız vergi gəlirləri və müharibə istiqrazları hesabına hökumət tərəfindən maliyyələşdirilir.