Əgər Maliyə lazımi yardım çatdırılmasa, bu ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) mövzu ilə bağlı birgə bəyanat yayıb.

Məlumata görə, davam edən münaqişələr və məhdud humanitar yardım səbəbilə ilin sonuna qədər Malidə 5 yaşdan kiçik təxminən 1 milyon uşaq kəskin qida çatışmazlığı ilə üzləşəcək.

Hesabatda Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilib. Bəyanatda vəziyyətin ciddiliyinə baxmayaraq, ölkəyə ayrılan yardımların çox aşağı səviyyədə olduğu da vurğulanıb.

 

Gözəl Həşimova