Qarabağ iqtisadi rayonunda bərpa,tikinti və idarəetmə xidməti elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "19 saylı tikinti təmir idarəsi" MMC olub. Qalib şirkətə 1.946.386,96 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 1000  AZN, predmeti isə Ağdam rayonu, Kəngərli kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə II fazanın qalıq torpaq həcmlərinin şaquli planlaşdırma işlərinin satın alınmasıdır.

Satınalan təşkilatın VÖEN-i:  3201635961

Satınalan təşkilatın ünvanı:   Ağdam şəhəri

Ətraflı: https://etender.gov.az/main/competition/detail/292981