Ötən aydan bəri Qəzza zolağından Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə Misirə 16 minə yaxın insan keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misir Dövlət İnformasiya Xidməti məlumat yayıb.

Məlumata görə, noyabr ayından Misir 12 858 əcnəbi vətəndaşa və ikili vətəndaşlığı olan şəxsə Rəfah sərhəd-keçid məntəqəsindən daxil olmağa icazə verib.

Bundan əlavə, 715 xəstə və onları müşayiət edən 558 nəfər Qəzza zolağından Misirə keçib. Eyni zamanda, 1800-dən çox misirli öz vətəninə qayıdıb.

 

Gözəl Həşimova