Yeni ilə 25 gün qalmasına baxmayaraq, Bakıda yolkaların qiyməti bahalaşmağa davam edir. 

İqtisadiyyat.az Bakının böyük Ticarət Mərkəzlərində yolka qiymətləri ilə bağlı araşdırma aparıb. Müxtəlif qiymətlərə satılan yolkalarda əsas qiymət fərqi onların bəzəyinə və hündürlüyü görə dəyişir. 

Hündürlüyü 120 sm olan bəzəksiz yolkaların qiyməti 70 AZN
Hündürlüyü 150 sm olan bəzəksiz yolkaların qiyməti 85-90 AZN
Hündürlüyü 2 m olan bəzəksiz yolkaların qiyməti isə 200 AZN-dən baha təklif edilir. 

Bazarda nadir alınsa da, boyu 4 metrə qədər olan yolkalar da var ki, onların da qiyməti 550 AZN-dən başlayır.
  
Yolka üçün işıqlar 7 AZN-dən, oyuncaqlar 5 AZN-dən başlayır. 

Araşdırmalarımıza görə, böyük supermarketlərdəki yolkaların qiyməti ilə ticarət mərkəzlərindəki qiymətlər arasında 10-15 AZN fərq var.

Məhəbbət Məmmədov