Yaponiyada may ayında korporativ iflasların sayı ötən ilin eyni ayı ilə müqayisədə 42,9% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə kredit araşdırma şirkəti "Tokyo Shoko Research" korporativ şirkətlərin son vəziyyətini açıqlayıb.

Məlumata görə, Yaponiyada may ayında iflas edən korporativ şirkətlərin sayı 42,9% artaraq 1009-a çatıb. Bununla da, Yaponiyada son 11 ildə ilk dəfə olaraq aylıq müflisləşən korporativ şirkətlərin sayı 1000-i ötüb.

İncələnilən 10 sektor arasında ən çox iflas 327 şirkətlə xidmət sektorunda baş verib. İkinci yerdə 193 şirkətlə tikinti sektoru qərarlaşıb.

Araşdırmada iflasların sayının artmasının gözlənildiyi qeyd edilib və bəzi şirkətlərin mənfəəti açıqlansa da, maliyyə çətinliyi yaşayacaqları vurğulanıb.

 

Gözəl Həşimova