Bu ilin birinci yarısında Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 799,6 milyon ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 3,3% azdır.

Hesabat dövründə MDB ölkələrindən idxal isə 2,2 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 7% azdır.

Bu ilin 6 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarətində lider Rusiya olub:

MDB ölkələri

Ticarət dövriyyəsi

Belarus

203 milyon dollar

Qazaxıstan

118,6 milyon dollar

Qırğızıstan

27,6 milyon dollar

Moldova

4,8 milyon dollar

Özbəkistan

90,9 milyon dollar

Rusiya

2,1 milyard dollar

Tacikistan

2,9 milyon dollar

Türkmənistan

233,6 milyon dollar

Ukrayna

249,8 milyon dollar

 

Gözəl Həşimova