"WhatsApp" və "FaceTime" xaricə gedən insanların telefon danışıqları üçün istifadə etdiyi aparıcı vasitələrdən birinə çevrilib.

Bu yolla hər hansı bir WiFi bağlantısı vasitəsilə pulsuz şəkildə zəng funksiyasından istifadə etmək mümkündür.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ciddi maliyyə böhranı yaşayan Livanda maraqlı bir qərar qəbul edilib. Belə ki, ölkənin Nazirlər Kabineti əsasən "WhatsApp" olmaqla "Facebook"dan "FaceTime"a qədər internet üzərindən edilən zənglərdən ödəniş alınacağını bildirib.

Belə ki, xalq arasında "WhatsApp" vergisi olaraq etirazlara səbən olunan bu haqq 20 sent olaraq müəyyən olunub. Lakin etirazların genişlənməsi səbəbilə Livan bu qərarı ləğv etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, hökumət bu vergidən illik olaraq 20 milyon dollar gəlir əldə edəcəyini gözləyirdi.