İqtisadiyyat.az xarici mediaya istinadla bildirir ki, bu qərarıla heç bir Volvo avtomobili saatda 180 kilometr sürətə çata bilməyəcək. Şirkət həmçinin məktəbin və xəstəxananın yaxınlığında daha sərt sürət azaltma texnologiyası qoymağı düşünür. Volvo, avtomobillərinin saatda 250 kilometr sürətlə sürüldüyü nəzərə alaraq, sürücülərin yeni qərara reaksiyasını səbirsizliklə gözləyir. 2020-ci ilədək sıfır qəza siyasətini həyata keçirməyə hazırlaşan İsveçli istehsalçı, istehsal etdiyi avtomobillərdə tətbiq olunan təhlükəsizlik texnologiyalarını qeyd edərək, bundan sonrasının sürücülərin vicdanına qaldığını deyib. Xatırlatmaq istərdik ki, 2022-ci ildən etibarən Avropa İttifaqı, “Ağıllı sürət köməkçiləri” prisipi ilə “ISA” texnologiyası üçün bütün nəqliyyat vasitələrində zəruri olan bəzi qaydaları müzakirə edir və nəqliyyat vasitələrinə sürət limitlərinə uyğun texnologiya gətirməsi gözlənilir. Digər tərəfdən, Almaniya kimi bəzi Avropa ölkələrində, avtomobil yollarında sürət həddi yoxdur.

 

Mehman Nəbiyev