Dünyanın ən böyük avtomobil markası olan “Volkswagen” yeni istifadəyə verilən “Taos” modelini Azərbaycanda təqdim edib.

Yeni “Taos” modeli artıq “Volkswagen” Azərbaycan Mərkəzinin yeni, bu ilin ikinci yarısında istifadəyə verilmiş, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən avtosalonunda təqdim olunub. Mərkəz tam olaraq beynəlxalq “Volkswagen” konsepsiyasına uyğun olaraq inşa etdirilib.

Taos modeli ölçülərinə görə yeni “Tiguan” modelindən biraz kiçikdir, lakin öz seqmentində ən böyük ban ölçüsünə sahibdir. Avtomobil 1.4l-lik və 150 at gücünə sahib, turbo gücləndirilmiş mühərrikə sahibdir. Azərbaycanda avtomobil 3 komplektasiyada təklif olunur. Artıq ilkin komplektasiyada avtomobil 4motion(4x4) funksiyasına malikdir. Avtomobilin həm də qabaq ötürücü variantları mövcuddur. Avtomobilin qiyməti 49 900 AZN-dən başlayır.

Bir çox başqa “Volkswagen” modellərinə xas olan bütün texnologiyalar və ən əsası bütün təhlükəsizlik və komfort göstəriciləri yeni “Taos” modelində də saxlanmışdır. Atmosfer LED elementləri yeni “Taos”un alətlər paneli və qapıları boyunca da keçir. Əhvalınıza uyğun 10 rəngdən birini seçə bilərsiniz. Dizayna özəl daha bir üstünlük, bu avtomobilin öyrəşdiyimiz rənglərlə bərabər, narıncı “Energetic”, göy “Reef” və bej “Cappuchino” kimi eksklüziv rənglərdə olmasıdır.