İqtisadiyyat.Az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbrov fevralın 18-də Bakıda keçirilən “Vergilər, Şəffaflıq, İnkişaf” mövzusunda forumda deyib.

Nazir qeyd edib ki, ölkəmizdə Vergi Ombudsmanı institutunun yaradılması sahibkarların şikəyətlərinə baxılması, onların hüquqlarının qorunması istiqamətində atılmış mühüm addımdır: “Bu, həm də vergi sistemində şəffaflığın artmasına və vergiödəyiciləri ilə vergi işçiləri arasında qarşılıqlı etimadın yüksəlməsinə təkan verəcək”.