Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 241,5 milyon manat vəsait daxil olub.

İqtisadiyyat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 % azdır.

Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 408,5 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur.