Bakının Nəsimi rayonu,Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 16.07.2024-cü il saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

“Azəriqaz”dan İqtisadiyyat.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.