Bu ilin ilk 3 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 284 mənzil satın alıblar.
Türkiyə Statistika İdarəsi bildirir ki, mənzillərin 99-u yanvar, 90-ı fevral, 95-i isə mart ayında alınıb.
Ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədən daha çox mənzil alıblar. 2019-ci ilin mart ayında 87, bu ilin mart ayında isə 95 mənzil satın alınıb.
Onu da qeyd edək ki, son 5 il ərzində - 2015-19-cu illər ərzində Azərbaycan vətəndaşları Türkiyədən 4 808 mənzil satın alıblar.
Azərbaycan vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı illər üzrə bu cür olub:

İllər Mənzillərin sayı
2019 1191
2018 1250
2017 942
2016 610
2015 815

 
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 3 ayı ərzində Türkiyədən ümumilikdə 11 min 68 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 351 mənzil çox olub.
İyul ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Küveyt, Rusiya, Əfqanıstan,  Yəmən, Almaniya, Fələstin və Çin vətəndaşları üstünlük təşkil edib.