Türkiyədə silahlı hücuma məruz qalan bələdiyyə üzvü Mustafa Can Ekiciler ölüb.b

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.

Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) Süleymaniyye bələdiyyə üzvü idi.

Qeyd edək ki, mərhum siyasətçi avqustun 18-də silahlı hücuma məruz qalıb.