Növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 49,48 % olub.

***

16:17

Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi seçki dairəsidir.

İqtisadiyyat.az xəbər verir ki, həmin seçki dairəsindən 42,7 faiz seçici (2 min 834 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 12,8 faiz (6 min 447 nəfər) olub.

Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə isə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.