UEFA “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan “Malmö” klubunu cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, buna İsveç təmsilçisinin evdə Çexiyanın “Sparta” komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.

Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. “Malmö” buna görə 38 000 avro ziyana düşüb.

Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib – 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.

“Qarabağ” bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.