Türkiyədə elektrik enerjisinin dəyəri artıb.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu açıqlama yayıb.

Bildirilib ki, elektrik enerjisi istehsalında maya dəyərinin artmasına görə 1 iyul 2021-ci il tarixindən etibarən bütün abonent qrupları üzrə elektrik enerjisinin satış qiymətləri 15 faiz artırılıb. 

Bu gündən etibarən Türkiyədə abonentlər 100 kilovat/saat elektrik enerjisi üçün 91,56 türk lirəsi ödəyəcəklər.