Fransanın Antiterror Polisi terror aktı törətməyə hazılaşan 18 yaşlı şəxsi saxlayıb.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, araşdırmalar zamanı onun ölkədə silsilə xarakterli qanlı hadisələr planlaşdırdığı ortaya çıxıb.

Bildirilib ki, sözü gedən şəxsin terror planının iyulun 26-da açılışı olacaq XXXIII Paris Yay Olimpiadası ilə əlaqəsi yoxdur.

Məlumata görə, dindirilmə nəticəsində saxlanılanın bir qədər əvvəl eyni əmələ görə tutulan həmyaşıdı ilə sosial şəbəkədə yazışmalar apardığı müəyyən edilib.