İstanbul sahillərində partlayıcı ilə yüklənmiş Ukraynaya məxsus reaktiv skuter tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Bildirilir ki, xilasedicilər səhər saatlarında İstanbulun Çatalca rayonu yaxınlığındakı sahildən Ukrayna donanmasına aid olduğu ehtimal edilən və içərisində partlayıcılarla dolu skuter görüblər.

Xilasedicilər bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn mütəxəssislər onu sahilə çıxarıblar.

Baxışdan sonra məlum olub ki, skuter kameralarla təchiz edilib və partlayıcı ilə yüklənib.