1,4 milyon litr mazut daşıyan “MT Terra Nova” tankeri Filippin sahillərində batıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Bildirilir ki, Filippin bayrağı altında üzən tankerdə sızıntının qarşısını almaq üçün səylər göstərilərkən daşıyıcı çevrilib və batıb. Məlumata görə, 16 ekipaj üzvü xilas edilib, biri isə itkin düşüb.

Tankerdəki mazutun bir hissəsi 3.7 km məsafədə dəniz səthinə yayılıb.