Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan əmin edib ki, qurum sərt pul siyasətini davam etdirəcək.

Bu barədə İqtisadiyyat.az “Dünya” biznes qəzetinə istinadən xəbər verir.

"Bankımızın əsas məqsədi və prioriteti maliyyə sabitliyini təmin etməkdir. Bu istiqamətdə güclü və qətiyyətli komandamızın köməyi ilə dezinflyasiyanı təmin etmək üçün səylərimizi davam etdiririk. İnflyasiya səviyyəsi aşağı düşənə qədər pul siyasətinin lazımi sərtliyini saxlamaq niyyətindəyik”, - deyə o bildirib.

 

Gözəl Həşimova