"Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 24-ü saat 12:00-da bankın Baş Ofisində keçirilməsi nəzərdə tutulub.

Gündəlikdəki məsələlər:

1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2023-cü il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika"Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2023-cü il üzrə illik hesabatının təsdiqi.
5. "Bank Respublika" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında.
6. "Bank Respublika" ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi haqqında.
7. "Bank Respublika" ASC-nin Dividend Siyasətinin təsdiq edilməsi haqqında.