19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı tədbirləri çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin Türk Ulduzları və SOLOTÜRK akrobatika komandası Samsunda nümayiş uçuşu həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün 19 May 1919-cu ildə Milli Mübarizəyə başlamaq üçün Samsuna gəlişinin 104-cü il dönümü şəhərdə fəaliyyətlərlə qeyd olunur.

Bayram şənlikləri çərçivəsində Türk Ulduzları və SOLOTÜRK Samsun səmasında bir saata yaxın uçuşlar edib.