Almaniyanın Lüdviq Maxmilians Universitetində aparılan araşdırma nəticəsində transparan orqan yaradıla biləcəyi ortaya çıxıb.

Nevroloq Əli Ərtürkün rəhbərlik etdiyi alimlər mikroskop altında hüceyrələrin və limfatik sistemlərin müşahidə edilməsinə imkan verən bir üsul hazırladılar. İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bu texnikanın beyin və böyrək kimi əhəmiyyətli orqanları istehsal edə biləcəyini söylədi.

Dr. Ərtürk görülən işlərin nəticəsində məhlulun beyin və böyrək kimi orqanalrı transparan hala gətirəcəyini qeyd edib. Bu orqanlar daha sonra lazer və mikroskopla incələnib. İncələmələr nəticəsində orqanın quruluşu, qan damarları və hər bir hüceyrənin spesifik durumu da daxil olmaqla təsbit edilib.

Yeni icad nəticəsində orqanlar eynisi kimi yaradılıb. 3D çap texnologiyası ilə funksional orqanlar yaradılıb. Orqanların quruluşunda kök hüceyrələrdən istifadə edilib və hüceyrələr aid olduqları yerə dəqiqliklə yerləşdirilib.