ABŞ-nin hazırkı lideri Co Bayden noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ təhlükə altındadır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib. 

"Siz bilirsiniz ki, bu ölkə daha dörd il korrupsioner Co Bayden iqtidarından sağ çıxmayacaq. O, korrupsionerdir, o, rüşvətxordur, səriştəsizdir", - keçmiş prezident Nyu-Cersi ştatının Wildwood şəhərində tərəfdarlarına deyib.

Tramp əmindir ki, Birləşmiş Ştatlar "böyük bəladadır" və hazırkı Amerika administrasiyasının siyasəti ucbatından üçüncü dünya müharibəsinə cəlb olunmaq riski var.