“Toyota Motor” avtomobil şirkəti 2024-cü ildə qlobal miqyasda 10,3 milyon avtomobil istehsal etməyi hədəfləyir.

İqtisadiyyat.az xəbər verir ki, Yapon istehsalçısı yeni ilin istehsal hədəfini və detallarını açıqlayıb.

Əgər məqsədə nail olunarsa, bu, “Toyota”nın indiyə qədərki ən yüksək illik qlobal avtomobil istehsalı olacaq. Açıqlamada çip tədarükü probleminin aradan qaldırılacağı və hibrid avtomobillərə tələbatın artmasının istehsala töhfə verəcəyi vurğulanıb.

Bildirilib ki, istehsal hədəfinə “Toyota” modelləri və lüks “Lexus” markası daxildir. Kiçik avtomobil istehsalçısı “Daihatsu”nun modelləri isə bu siyahıda yer almır.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında “Toyota”  9,23 milyon avtomobil istehsal edib.

 

Sadiq Cavadov