Azərbaycan prezidentinin sərəncamı ilə əlavə təqaüdlərin verilməsi üçün ayrılacaq əlavə maliyyə vəsaitinin məbləği açıqlanıb.

İqtisadiyyat.Az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov prezidenti İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, dünən imzlanan sərəncama əsasən, təqaüdlər üçün əlavə maliyyə vəsaitinin məbləği 25 milyon manat təşkil edir.