Təbrizdə helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın "IRNA" agentliyi məlumat yayıb.

Məlumata görə, yürüşdə minlərlə insan iştirak edir. Əhalinin böyük əksəriyyəti matəm rənglərində geyinib.