TƏBİB xəstəxananın direktorunun döyülməsi ilə bağlı məlumat yayıb.

Bu barədə İqtisadiyyat.az-a TƏBİB-dən məlumat verilib.

"Fevralın 7-də saat 13:20 radələrində 2 nəfər vətəndaş tərəfindən Goronboy Rayon Mərkəzi Xəstəxanasında direktor Rauf Yahyayevə qarşı insident qeydə alınıb. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Əlavə olaraq TƏBİB tərəfindən də hadisənin baş vermə səbəbi araşdırılır", - məlumatda bildirilir.

Sadiq Cavadov