TBC Kredit BOKT Kredit satışı üzrə təcrübəçi mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

• Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
• Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
• Şirkətin daxili sistemini öyrənmək
• Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
• Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
• Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
• Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək

Tələblər:

• Ali təhsil
• Azərbaycan dilində səlist danışıq qabiliyyəti
• Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 28 fevral 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit satışı üzrə təcrübəçi mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.