Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil, onların ümumilikdə ilkin satış qiyməti olan 1,5 milyon manatdan 5 % aşağı olmaqla, yəni 1,425 milyon manata təkrar (növbəlilik qaydasında) açıq hərraca çıxarılıb.

Bu barədə Şirkətin Ləğvetmə komissiyasından bildirilib.

Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 11 oktyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün satış qiymətinin 1 %-i, yəni 14 min 250 manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

İlkin hərrac qiyməti

AZN

Təkrar

hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56,6 м²

1 500 000

1 425 000

14 250

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46,5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52,7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114,7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

//e-herrac.com/advertisement/dasinmaz-emlak/tekrar-herracin-kecirilmesine-dair

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.