SOCAR cari ilin sonunda neftin qiymətinin artacağını gözləyir.

Bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev deyib.

“2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollar/barrel müəyyən edilib. Neftin qiymətinin il ərzində dəyişkən olacağını və ilin sonunda isə bir qədər artacağını gözləyirik. Neftin qiymətinin artması bizim gəlirliliyimizə müsbət təsir göstərir. Bununla yanaşı, qlobal neft-qaz iştirakçısı kimi daha pis ssenarilər və aşağı istiqamətli risklərə də hazırıq”, - deyə SOCAR rəsmisi əlavə edib.