Naxçıvan Muxtar Respublikasının nadir incilərindən sayılan “Sirab” suyunun Ramazana özəl aksiyası yekunlaşıb. Belə ki, müqəddəs ay boyunca şəhərin müxtəlif ərazilərində hər iftar vaxtı şəhər sakinlərinə pulsuz su paylanılıb. Aksiya nəticəsində minlərlə insan mənzilbaşına qədər iftarını məhz “Sirab” suyu ilə açıb. “Sirab” ASC-nin bu təşəbbüsü paytaxt sakinləri tərəfindən olduqca xoş qarşılanıb.

Qeyd edək ki, milyonlarla insanın sevimlisi olan “Sirab” suyu Naxçıvanın Kəlbəağıl vadisində 250 metr dərinlikdən qaynayır. Həmçinin, uzun illər aparılan araşdırmalar zəngin minerallara malik suyun orqanizim üçün müalicəvi xarakter daşıdığını, faydalarını bir daha sübut edib. Bir sözlə, “Sirab” insanların təhlükəsiz qidalanması, uşaqların sağlam gələcəyi üçün yüksək səviyyədə xidmətinə davam edir.

“Sirab- hər damlasında həyat var!”