Erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn edilib.

İqtisadiyyat.az-ın xəbərinə görə, onun nəşi II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

***12:01

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb. 

İqtisadiyyat.az xəbər verir ki, şəhidimizin cənazəsi dəfn edilməsi üçün İkinci Şəhidlər xiyabanına aparılır.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.