Rusiya və Belarus 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsi üzrə yeni rekorda imza atıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin belaruslu həmkarı Roman Qolovçenko ilə danışıqlar zamanı bildirib .

Onun sözlərinə görə, ötən il Rusiya və Belarusun ticarəti 4,2 trilyon rubla çatıb.

O əlavə edib ki, son bir il ərzində ticari daşımalar illik müqayisədə iki dəfədən çox artaraq 20 milyon tona çatıb.

 

Gözəl Həşimova