Rusiya hökuməti sülhməramlılarının Qarabağdan çıxarılmasını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesinə başlanılıb.
 
Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.