Fransız istehsalçı Renault, keçən il Moskvadakı avtomobil sərgisində nümayiş etdirdiyi Arkana konsepsiyasının istehsal versiyasını sərgiyə çıxarıb.

İqtisadiyyat.Az-ın xarici mediaya istnadən məlumatına görə, son zamanlar getdikcə çox məşhurlaşan Coupe-SUV şəklində dizayn olunan model, hələlik sadəcə Rusiya ərazisində satılacaq.

Ön və arxa görünüşü markanın digər modellərinə oxşayan Arkana, Renaultun Moskvadakı zavodunda istehsal olunacaq. Artıq yayda modelin Rusiya bazarlarında satışa çıxacağı gözlənilir.

1.3 motor və 150 at gücündə olan benzin mühərriklə satışa çıxarılan modeldə, Renaultun ortağı Nissan modellərində istifadə olunan X-Tronic CVT avtomatik ötürücülərinə yer verildiyi deyilir. Bundan əlavə avtomobilin 4 təkərli çəkiş sisteminə malik olduğu da bildirilib.

Renaultdan verilən açıqlamaya görə, Arkana yaxın gələcəkdə digər ölkələrin bazarlarına satışa çıxarılacaq. Modelin XM3 adlı digər eyni versiyası isə Cənubi Koreya fabrikində istehsal olunacaq və Samsung markası adı ilə ölkədə satışa buraxılacaq.