İqtisadiyyat.az-ın trend-ə istinadən məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Qeyd olunur ki, geri çağırılma 2017-ci ilin noyabrında Rusiyada satılmış “Sandero”, "Logan", "Dokker" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.