İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfərə gedir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir rəsmi "Facebook" səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir: "Bu gün həmkarlarla birlikdə İtaliyaya işgüzar səfərimiz başlayır. Bu ölkədən olan tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri və ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüsləri müzakirə edəcəyik".