İyunda Avrozonada istehlak qiymətləri illik ifadədə 2,5% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avrozona və Avropa İttifaqının (Aİ) aprel ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumata görə, iyun ayında ərzaq, alkoqol və tütün məmulatlarının maya dəyərinin artım tempi əvvəlki aydakı 2,6%-dən 2,4%-ə, enerji resurslarının qiyməti isə 0,3%-dən 0,2%-ə qədər azalıb.

Qeyd olunur ki, xidmət sektorunda inflyasiya 4,1% səviyyəsində qalıb.

Bildirilir ki, Avrozonada istehlak qiymətləri may ayında olduğu kimi iyunda aylıq 0,2% artıb.

Qarşıdakı ay üçün Avrozonada istehlak qiymətlərinin dinamikası ilə bağlı ilkin məlumatlar iyulun 31-də dərc olunacaq.

 

Sadiq Cavadov